• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ və Səudiyyə Ərəbistanı saziş imzalayacaq

DÜNYA

10 Iyun 2024 | 09:45

ABŞ və Səudiyyə Ərəbistanı saziş imzalayacaq

ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə sazişi imzalamağa qərar verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, ABŞ Səudiyyə Ərəbistanına İsraillə münasibətlərinin normallaşdırılmasını təşviq etmək üçün sazişin bir hissəsi kimi ölkənin müdafiəsinə köməklik də daxil olmaqla müdafiə müqaviləsi təklif edəcək.

Bildirilib ki, Strateji Müttəfiqlik Sazişi kimi tanınan bu saziş Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırmaq öhdəliyi ilə əlaqəli olmasa, kifayət qədər ABŞ senatorunun dəstəyini qazana bilməyəcək.

Eyni zamanda rəsmilər müqavilənin bağlanmasına təsir edən amili də qeyd ediblər.

Onların fikrincə, onun imzalanması İsrailin Fələstin dövlətinin yaradılmasına sadiqliyi və Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasından asılıdır.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026