İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edib.
Bakıvaxtı.az bu barədə İRNA-ya istinadən xəbər verir.
“İsrail rejimi Qərbin “çirkli işini” yerinə yetirə bilməyincə, Tramp bu dövrün ən yaramaz hissəsini ən erkən saatlarda şəxsən həyata keçirməyə məcbur oldu",- İrəvani qeyd edib.
Daimi nümayəndə bildirib ki, beynəlxalq axtarışda olan hərbi cinayətkar adlandırdığı İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-nin xarici siyasətini öz nəzarətinə alıb və ölkəni yenidən baha başa gələcək, əsassız bir müharibəyə sürükləyir.
Əli Hüseynov