• Bakı 26° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

İrlandiyalı səyyah: Şuşadakı poçt şöbəsini həmişə xatırlayacağamc

CƏMİYYƏT

10 Iyul 2025 | 13:04

İrlandiyalı səyyah: Şuşadakı poçt şöbəsini həmişə xatırlayacağamc

“Şuşadakı poçt şöbəsi mənim üçün özəl bir yerdir”.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bunu irlandiyalı səyyah David Joseph Langan Şuşa şəhərində yeni açılan poçt ofisi ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

    “Mən bütün dünyadakı post ofislərinə baş çəkirəm. Sonra isə dostlarıma açıqcalar göndərirəm. Bütün bunlar xatirədir. Mənim Şuşa ilə bağlı da açıqcam var. Onun üstündə qalanın çox gözəl bir şəkli var. Möhür və tarix də qeyd olunub. Bunları evə göndərəndə xatirə kimi qalır. Həqiqətən də, çox gözəl xatirədir. Bu gün burada açılan post şöbəsi əladır. Orada işləyən heyət də çox mehribandır. Hətta İrlandiyadan gəlməyimə baxmayaraq, bəzi sözləri başa düşürəm. Hər yerdə insanlar gülümsəyir. Bu gün Qarabağda, Şuşada çox yaxşı xatirələrim oldu. Əla bir gün idi. Mən bu poçt şöbəsini həmişə xatırlayacağam”, - irlandiyalı səyyah qeyd edib.


    SON XƏBƏRLƏR