• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İsmayıllı sakini qohumunun evinə qonaq gedib oğurluq etdi

CƏMİYYƏT

06 Noyabr 2021 | 12:20 | Müəllif: Subhan Mahmudov

İsmayıllı sakini qohumunun evinə qonaq gedib oğurluq etdi

İsmayıllıda qonaq getdiyi evdən oğurluq edən şəxs saxlanılıb.

İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edən rayonun Göytəpə kənd sakini ona məxsus evdən 6 850 manat dəyərində qızıl-zinət əşyalarının və 300 manat pulun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, həmin cinayət əməlini törədən şəxsin zərərçəkmişin qohumu Z.Piriyeva olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma zamanı qonaq qismində həmin evə gələn Z.Piriyevanın oradan oğurluq etdiyi və oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində satdığı məlum olub.

Əldə etdiyi pulun və qızıl-zinət əşyalarının bir qismi ondan maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026