• Bakı 6° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Yaxın müddətdə Azərbaycanda dağıdıcı zəlzələ...- Qurban Yetirmişli nələr danışdı?

CƏMİYYƏT

06 Dekabr 2021 | 09:33 | Müəllif: Qalib İbrahimoğlu

"Yaxın müddətdə Azərbaycanda dağıdıcı zəlzələ...- Qurban Yetirmişli nələr danışdı?

Gün ərzində Azərbaycanda 50-60 zəlzələ qeydə alınır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Trend-ə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

"Lakin bu zəlzələlər çox aşağı ballı olduğu üçün hiss olunmur və heç bir təsiri də yoxdur", - deyə o bildirib.

Baş seysmoloq zəlzələlərlə bağlı öncədən proqnozların verilməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, zəlzələ ilə bağlı qısamüddətli proqnozun verilməsi məsələsi yüz illərdir ki, həllini tapa bilmir. Bunun üçün cihaz yoxdur: "Xüsusən də güclü zəlzələlərin dəqiq yeri və vaxtı üçün qısamüddətli proqnoz vermək mümkün deyil. Lakin ortamüddətli və uzunmüddətli proqnozlar verilə, harda aktivliklərin olduğunu və zəlzələ gözlənildiyini demək mümkündür. Yaxın müddətdə Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı yoxdur".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR