• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Qazilər üçün 100 ədəd əlil arabaları ölkəmizə gətirilib

CƏMİYYƏT

04 Yanvar 2022 | 20:19 | Müəllif: Subhan Mahmudov

Qazilər üçün 100 ədəd əlil arabaları ölkəmizə gətirilib

Sağlamlıq imkanları məhdud olan qazi və şəhid ailələrinə arabaların paylanması ilə əlaqədar tədbir keçirilib.

Bakıvaxtı.az  xəbər verir ki, tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qazilərimizə göstərdiyi dəstəyə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına təşəkkürünü bildirib. 

Sonra arabalar qazilərə və şəhid ailələrinin üzvlərinə paylanılıb.

Tədbirdə iştirak edən qazilər və şəhid ailələri dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını, göstərilən yüksək diqqətə görə dövlətimizin başçısına və birinci xanıma, həmçinin belə nəcib təşəbbüsə görə zəhməti keçən hər kəsə minnətdar olduqlarını qeyd ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026