• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Hansı simptomlar olanda təcili yardım çağırmaq lazımdır?

CƏMİYYƏT

03 Fevral 2022 | 18:41 | Müəllif: Subhan Mahmudov

Hansı simptomlar olanda təcili yardım çağırmaq lazımdır?

Təcili yardım çağıran xəstələrin demək olar ki, üçdə birinə həkimlərin yalnız şifahi dəstəyi lazımdır.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı terapevt Andrey Zvonkov deyib.

Onun sözlərinə görə, tənəffüs çatışmazlığı, o cümlədən boğulma və hava çatışmazlığı hiss edilən hallarda təcili yardım çağırmaq lazımdır.

Eyni zamanda, normal vəziyyətdə insanın tənəffüs hərəkəti dəqiqədə 22-24-dən çox olmamalıdır. Boğulma baş verərsə və nəfəs almaq dəqiqədə 24-dən çox olarsa, həmin şəxs təcili yardım xidmətinə müraciət etməlidir:

"Təcili yardım çağırmaq vacibdir, çünki vəziyyət sürətlə inkişaf edə bilər".

Mütəxəssisin sözlərinə görə, hazırda xəstələrin xəstəxanaya yerləşdirilməsinə dair bir sıra konkret göstərişlər var. Onlara tənəffüs pozğunluqları və saturasiyanın azalması da daxildir. Belə simptomlarda müalicədən imtina edilməməlidir:

"Əgər belə simptomlar olduqda həmin şəxs xəstəxanaya yerləşdirilməkdən imtina edərsə, o, özünün ölüm hökmünü imzalayacaq, çünki o zaman çox gec olacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026