"Bakı Dövlət Universiteti (BDU) Geologiya fakültəsinin tələbəsi İlkin Qəmbərlinin itkin düşməsindən narahatlığını bildirir, onun tezliklə ailəsinə qovuşmağını və tələbələrin sırasına qatılmasını arzulayır".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BDU-dan bildirilib.
"Təəssüf hissi ilə qeyd edirik ki, İlkin Qəmbərli təhsil aldığı müddət ərzində idman karyerası ilə bağlı düzgün olmayan məlumatlar təqdim edib və onun səmimiyyətinə inanılıb.
Qeyd edək ki, hazırda BDU-da idmanın müxtəlif növləri üzrə bir neçə olimpiya, dünya, Avropa çempion və mükafatçısı təhsil alır. Onlar daim BDU tərəfindən diqqətdə saxlanılır", -deyə BDU-dan bildirilib.
Ramid İbrahimov
















