• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Keçmiş nazirin 5 şirkəti ləğv edilir

CƏMİYYƏT

05 Mart 2022 | 17:15

Keçmiş nazirin 5 şirkəti ləğv edilir

"Improtex Group" MMC-yə daxil olan “İmair Aviakompaniyası” MMC, "İminteks-Tikinti Quraşdırma" MMC, "İmproteks-Prodakşn" kiçik müəssisəsi, "İmproteks-Kommers" kiçik müəssisəsi və "İmprotex Transexpress" MMC ləğv olunduğunu elan edib.

Bakıvaxtı.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir ki, ilk 3 şirkətin kreditorları tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Özbəki̇stan küçəsi, ev 23, son 2 şirkətin kreditorları isə Bakı şəhəri, Nizami rayonu, Mayakovski̇ küçəsi, ev 23 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, sözügedən şirkətlər qrupu Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. O, nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026