Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
DİM-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, 1 imtahan nəzarətçisində mobil telefon aşkar edildiyi üçün, digər 1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb.
Qeyd olunan hallar araşdırılır və həmin nəzarətçi-müəllimlərlə bağlı Təhsil Nazirliyinə müraciət olunacaq.
Nuranə Daxilqızı
















