• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ötən il etdiyi silsilə oğurluqların üstü açıldı

CƏMİYYƏT

04 Yanvar 2022 | 18:45 | Müəllif: Subhan Mahmudov

Ötən il etdiyi silsilə oğurluqların üstü açıldı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xırmandalı kəndi ərazisindəki evlərdən birindən 1665 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Mərhəmət Fərzəliyev saxlanılıb. Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, M.Fərzəliyevin ötən il müxtəlif vaxtlarda Masallı rayonunun Ərəb kəndindəki bir evdən 650 manat pul və 3600 manat dəyərində qızıl-zinət əşyaları, Xırmandalı kəndindəki bir evdən isə 960 manat pul oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026