• Bakı 20° C

    6.25 m/s

İsrail bu ərazidən qoşunlarını tamamilə çıxardı

DÜNYA

09 Fevral 2025 | 14:41 | Müəllif: Subhan Mahmudov

İsrail bu ərazidən qoşunlarını tamamilə çıxardı

İsrail ordusu Qəzzanın şimal və cənub hissələrini ayıran Netsarim dəhlizindən qoşunlarını tamamilə çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.

Məlumata görə, bu addım girovların azad edilməsi ilə bağlı sazişin şərtlərinə və İsrailin siyasi rəhbərliyinin təlimatlarına uyğun olaraq atılıb.

Nəşr bildirib ki, İsrail ordusu Misirlə sərhəddəki Filadelfiya dəhlizinə və İsrail sərhədi boyunca bufer zonasına nəzarəti davam etdirir.

HƏMAS İsrail ordusunun sözügedən ərazidən çıxarıldığını təsdiqləyib./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026