• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

İsrail Hələbə hava zərbələri endirdi: 42 Suriya hərbçisi həlak olub - YENİLƏNİB

CƏMİYYƏT

29 Mart 2024 | 12:50

İsrail Hələbə hava zərbələri endirdi: 42 Suriya hərbçisi həlak olub - YENİLƏNİB

İsrailin Suriyanın Hələb əyalətinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 42-yə çatıb.

Bakıvaxtı.az “France 24”ə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat verib.

    Bildirilib ki, İsrailin "Hizbullah"ın silah anbarının hədəf alındığı hücumda Livanın “Hizbullah” qruplaşmasının 6 üzvü də həlak olub. Bununla da ölənlərin sayı 42-yə yüksəlib.

    Xatırladaq ki, daha əvvəl 36 suriyalı əsgərin həlak olduğu bildirilmişdi.

    ***

    10:53

    İsrailin Suriyanın Hələb əyalətinə endirdiyi zərbələr nəticəsində azı 36 Suriya həbçisi həlak olub.

    Bakıvaxtı.az “ArabNews”a istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu bildirib.

    Qeyd olunub ki, hücumda ən azı 36 Suriya hərbçisi həlak olub və Livanın Hizbullah qruplaşmasına aid raket anbarlarının yaxınlığındakı ərazi hədəf alınıb.


    SON XƏBƏRLƏR

    26 Aprel 2024