• Bakı 19° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

İsrail Qəzzaya zərbələr endirdi: 7 ölü, 40 yaralı 

DÜNYA

05 Avqust 2022 | 20:12

İsrail Qəzzaya zərbələr endirdi: 7 ölü, 40 yaralı 

İsrailin Qəzza zolağına endirdiyi aviazərbələrin qurbanlarının sayı 7 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölənlər arasında 5 yaşlı qızın da olduğu bildirilir. Bundan başqa, İsrail ordusunun anklav ərazisinə hücumları nəticəsində daha 40 nəfər yaralanıb.

Bundan əlavə, İslam Cihadının komandiri Taysir əl-Cəbarinin İsrail ordusunun zərbələrindən öldürüldüyü məlum olub.

 İsrail ordusu Qəzza zolağında İslami Cihad əleyhinə “Sübh” əməliyyatı keçirdiyini açıqlamışdı. İsrail ordusu Qəzza zolağındakı hədəflərə zərbələr endirib. İsrailin özündə də Qəzza zolağı ətrafındakı 80 kilometrlik zonada fövqəladə vəziyyət tətbiq edilib.

Qeyd edək ki, “İslami Cihad” Rusiya Federasiyasında qadağan edilmiş terror təşkilatıdır.

***

İsrail Müdafiə Qüvvələri Qəzzada Fələstin İslami Cihad Təşkilatının birbaşa təhdidlərindən sonra Qəzza zolağına zərbələr endirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyindən açıqlama verilib.

"İsrail Müdafiə Qüvvələri Qəzzada Fələstin İslami Cihad Təşkilatının birbaşa təhdidlərinin ardınca Qəzza zolağına zərbələr endirir. Mülki məskunlaşma məntəqəsində xüsusi vəziyyət elan edilib. Hücumda 4 nəfər həyatını itirib, 19 nəfər yaralanıb".


SON XƏBƏRLƏR

24 Aprel 2024