• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ Rusiyadakı səfirini dəyişib

DÜNYA

04 Sentyabr 2022 | 19:27

ABŞ Rusiyadakı səfirini dəyişib

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan işini başa vuraraq Moskvanı tərk edib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Onun səlahiyyətlərini müvəqqəti olaraq ABŞ-ın Rusiyadakı missiyasının rəhbərinin müavini Elizabet Rud yerinə yetirəcək.

Səfirlik əlavə edib ki, Rude səfir Sallivanın varisi gələnə qədər müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərəcək.

Qeyd olunur ki, Sallivan üç ilə yaxındır (2019-cu ilin dekabrından) Rusiyada səfir vəzifəsində çalışıb və bu vəzifəni tərk etdikdən sonra o, ABŞ-ın beş prezidentinin yanında işlədiyi qırx illik dövlət qulluğu karyerasını tamamlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026