Kiyev ABŞ-la HİMARS sistemlərindən daha uzaq mənzilə malik raketlərin tədarükü məsələsini müzakirə edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova deyib.
“Həmişə demişik ki, bizə uzaq mənzilli silahlar lazımdır. İndi müzakirələr davam edir. Ümid edirik ki, ABŞ bizi silahla təmin edəcək”, - səfir bildirib.
















