• Bakı 21° C

    6.14 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Blinken, Bayramov və Mirzoyan görüşəcəklər - YENİLƏNİB

DÜNYA

03 Noyabr 2022 | 18:10

Blinken, Bayramov və Mirzoyan görüşəcəklər - YENİLƏNİB

"Bəli, həqiqətən də yaxın günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin bu kimi görüşlərin keçirilməsi ilə əlaqədar açıqlamanın verilməsinə dair yanaşması ondan ibarətdir ki, bu barədə ilk elan bir qayda olaraq görüşə ev sahibliyi edən ölkə tərəfindən verilməlidir.

 

***15:46

Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Azərbaycanın xarici işlər Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüş olacaq

Bakıvaxtı.az  “Sputnik Armenia”ya istinadla bildirir ki, bunu Ararat Mirzoyan söyləyib. Ancaq, erməni nazir görüşün dəqiq tarixi haqqında bir söz deyə bilməyib.

“Görüş bir neçə günə keçirilməlidir”, - deyə Mirzoyan vurğulayıb.

Səbuhi Elnur


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026