• Bakı C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.8488

    RUB - 0.0244

Makron Putinlə bu məsələləri müzakirə edəcək

DÜNYA

03 Dekabr 2022 | 17:32

Makron Putinlə bu məsələləri müzakirə edəcək

Fransa Prezidenti Emmanuel Makron yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmaq niyyətindədir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, o bu barədə TF1 telekanalına müsahibəsində deyib.

Fransa Prezidenti bildirib ki, telefon danışığı zamanı o, həmçinin Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasında (AES) yaranmış vəziyyətlə bağlı müzakirə aparmaq niyyətindədir.

“Biz Ukraynaya kömək etməyə davam etməli, eskalasiyadan qaçmağa cəhd etməli, Zaporojye AES-i qorumalı və hamının danışıqlar masası arxasında oturacağı günə hazırlaşmalıyıq”, - o əlavə edib.


SON XƏBƏRLƏR