Rusiya Türkiyəyə qaz ödənişini bir il uzadıb
Bakıvaxtı.az xəbər verir ki, Rusiya Türkiyəyə 20 milyard dollar həcmində qaz ödənişini bir il müddətinə uzadıb.
Türkiyənin Rusiya qazına endirim əldə etməyə çalışdığı bildirilir.
Türkiyə hökuməti yanvar və ya fevral aylarında təbii qaz qiymətlərində böyük endirim elan edəcək. Bu, əsasən, Moskvanın Ankaranın ona endirim etmək istəyini necə qarşılayacağından asılıdır.
















