• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Bu şirkət 2000 işçisini ixtisar edəcək

DÜNYA

01 Fevral 2023 | 09:41

Bu şirkət 2000 işçisini ixtisar edəcək

Baş ofisi ABŞ-da yerləşən onlayn ödəniş sistemi PayPal 2000 əməkdaşını ixtisar edəcəyini açıqlayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, PayPalın Baş İcraçı Direktoru Dan Schulman mövzu ilə bağlı şirkət işçilərinə ünvanladığı bir mesajda, son bir il ərzində çətin makroiqtisadi mühitdə şirkətin gücləndirilməsi və yenidən formalaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə etdiklərini, eyni zamanda müştərilərin tələblərini qarşılamaq üçün sərmayə qoymağa davam etdiklərini bildirib.

Şirkətin resursları əsas prioritetlərə yönəltmək və xərc strukturunu düzgün tənzimləməklə irəliləyiş əldə etdiyini vurğulayan Schulman, bununla belə, hələ görüləcək çox iş olduğunu qeyd edib: “İxtisarlar növbəti həftələrdə baş tutacaq”

Onun sözlərinə görə, çətinliklərin öhdəsindən gəlmək özü ilə bəzi çətin qərarlar da gətirir və şirkət qlobal miqyasda 2000 işçini ixtisar edəcək ki, bu da ümumi işçi qüvvəsinin 7 faizinə bərabərdir.

Artan inflyasiya və mümkün tənəzzül texnologiya sənayesində narahatlıqlara səbəb olur.

Qeyd edək ki, bir çox texnologiya şirkəti, xüsusən də ABŞ-da keçən il minlərlə insanı işdən çıxarmaq qərarına gəlib.

Bu şirkətlər arasında Meta və Amazon kimi texnologiya sektorunda aparıcı şirkətlərin olması da diqqət çəkir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026