• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Orban ABŞ-siz Avropa NATO-su yaratmağı təklif etdi

DÜNYA

03 Mart 2023 | 00:16 | Müəllif: Subhan Mahmudov

Orban ABŞ-siz Avropa NATO-su yaratmağı təklif etdi

Aİ ölkələri ABŞ olmadan öz müdafiə ittifaqlarını yaratmalıdırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Die Weltwoche” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa NATO-su qitənin təhlükəsizliyini gücləndirəcək və ölkələrə ABŞ-nin köməyinə arxalanmadan özlərini müdafiə etməyə imkan verəcək. Orban bunu hələ 2012-ci ildə təklif etdiyini xatırladıb.

Baş nazirin sözlərinə görə, Qərb ölkələrinin Ukrayna münaqişəsinə yanaşmasını Vaşinqton müəyyən edir və Avropa da bu şəraitdə öz simasını itirir.

“Bu gün Qərbdə ən azı iradə çatışmazlığı var. Qərb dünyanı bir məqsəd naminə birləşdirmək imkanını itirib”, - deyə o, bəyan edib.

Orban vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putinin problemi ABŞ silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsidir. O əlavə edib ki, Rusiya liderinin motivlərini anlayır, lakin onun hərəkətlərini dəstəkləmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR