• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb

DÜNYA

01 Aprel 2023 | 19:50 | Müəllif: Subhan Mahmudov

İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb

İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan ordusunun media orqanı ISPR məlumat yayıb.

Bildirilib ki, hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç rayonunda baş verib

"İran tərəfdən fəaliyyət göstərən bir qrup terrorçu Pakistan-İran sərhədi boyunca fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin sərhəd patruluna hücum edib.

Terrorçulara qarşı effektiv tədbir görülməsi və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün İran tərəfi ilə lazımi əlaqə qurulur", -məlumatda qeyd olunub.

Hadisə ilə bağlı heç kim məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Pakistan-İran sərhədi 900 km uzunluğundadır. Daha əvvəl də İran - Pakistan sərhədində təhlükəsizlik insidentləri baş verib./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026