• Bakı 23° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

20-dən çox təyyarə İstanbula endi

DÜNYA

02 Yanvar 2023 | 16:30

20-dən çox təyyarə İstanbula endi

Qatı duman səbəbindən 20-dən çox reys İstanbulun yeni hava limanına yönləndirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

“Səhər saatlarında şəhərin şərqindəki Sabiha Gökçen Hava Limanına eniş etməli olan 22 təyyarə İstanbulun yeni hava limanına istiqamətləndirilib”, - agentlik bildirib.

Sabiha Gökçen Hava Limanının mətbuat xidmətindən verilən məlumata görə, aeroportun uçuş-enmə zolağı təyyarələri qəbul etmək üçün bağlıdır, hava limanından uçuşlar bir saatlıq fasilədən sonra normal rejimdə həyata keçirilir.

Qeyd edək ki, qatı duman səbəbindən daha əvvəl Dardanel boğazından gəmilərin hərəkəti dayandırılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR