• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Daha bir ölkə Ukraynaya hərbi yardım göndərir

DÜNYA

01 Fevral 2023 | 14:25

Daha bir ölkə Ukraynaya hərbi yardım göndərir

İsrail Ukraynaya humanitar yardımlardan başqa hərbi yardımlar da göstərməyi düşünür.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“İsrail də, açığını desəm, İranın Ukraynaya qarşı istifadə edilən silah tədarükünə qarşı fəaliyyət göstərir. Rusiya ilə çətin münasibətlərlə bağlı narahatlıqlar fonunda İsrail Ukraynaya başqa növ yardımlar göstərməyi düşünür”, - Netanyahu bildirib.

Qeyd edək ki, rəsmi Kiyevin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, İsrail Ukraynaya hərbi yardım göndərməkdən imtina etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026