• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aeroporta hava zərbələri endirildi - Ölənlər var

DÜNYA

02 Yanvar 2023 | 10:15

Aeroporta hava zərbələri endirildi - Ölənlər var

İsrail Suriyanın Dəməşq beynəlxalq hava limanına hava zərbələri endirib, ölənlər var.

Bakıvaxtı.az "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Suriyanın Dəməşq beynəlxalq hava limanına endirilən hava zərbələri nəticəsində iki suriyalı əsgər ölüb, iki əsgər yaralanıb.

Qeyd olunub ki, zərbələr zamanı hava limanına maddi ziyan dəyib və dəyən ziyan nəticəsində paytaxtın əsas beynəlxalq hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Zərbələr İranın “Qüds” qüvvələri və əlaqəli silahlı qruplaşmaların nəzarətində olan məntəqəyə endirilib. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026