• Bakı 16° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Çin evlilik böhranı ilə üz-üzədir

DÜNYA

03 Dekabr 2022 | 10:58

Çin evlilik böhranı ilə üz-üzədir

Çində yeni evlilik nisbəti son 30 ildən çox müddətdə ən aşağı nöqtəyə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, koronavirus epidemiyası ilə sarsılan ölkədə evlilik və doğum göstəricilərində dəyişikliklər baş verir.

Yicai xəbər agentliyinin Milli Statistika Bürosuna istinadən verdiyi xəbərə görə, 2021-ci ildə Çində təxminən 11,58 milyon insan ilk nikahlarını qeydə alıb ki, bu da əvvəlki illə müqayisədə 708 min azalma deməkdir.

1985-ci ildən bəri ilk dəfə evlənənlərin illik sayı 12 milyondan aşağı düşüb. Hesabata görə, eyni göstərici 2013-cü ildə 23,8 milyona çatıb, lakin o vaxtdan bəri 51,5 faiz azalıb.

Renmin Universitetinin Əhali və İnkişaf Araşdırmaları Mərkəzinin demoqrafı Sonq Jian Global Times-a bildirib ki, evlilik nisbətinin azalması insanların evlənmə yaşın artması ilə bağlıdır.

Song əlavə edib ki, Covid-19 epidemiyası zamanı üz-üzə təmasların azalması və uşaqların böyüdülməsinin baha olması vacib amillərdəndir.

Aytac Aslan


SON XƏBƏRLƏR