• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İsraildən Azərbaycana məktub

DÜNYA

01 Yanvar 2023 | 23:00 | Müəllif: Subhan Mahmudov

İsraildən Azərbaycana məktub

Yanvarın 1-də Knessetin 30 deputatı İsraildə səfirliyin açılması münasibətilə Azərbaycan parlamentinin spikeri və parlament üzvlərini təbrik edib.

Bakıvaxtı.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə informasiyanı İsrail mətbuatı yayıb.

"Sizi, dostlarımızı Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbrik edirik. Bu, iki ölkə arasında cəsarətli əməkdaşlığın təşviqində mühüm addımdır, Azərbaycan və yəhudi xalqları arasında çoxəsrlik dostluğun təbii davamıdır", - təbrikdə bildirilib.

Deputatların fikrincə, iki ölkənin İran adlı ortaq və təhlükəli düşməni var:

“Rəsmi Tehran hər iki xalqı məhv etməklə hədələyir və Azərbaycan “Hizbullah”ını yaratmağa çalışır.

Öz xalqını vəhşicəsinə qətlə yetirən və bütün dünyada terroru təşviq edən Ayətullah rejimi Azərbaycan xalqını beynəlxalq aləmdə dünyəvi hakimiyyətlərə qarşı yönəltmək üçün antisemitizm təbliğatı aparır”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026