• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qurtulmuş: AKP və YAP əlaqələri daim inkişaf edir

DÜNYA

31 Yanvar 2023 | 19:14 | Müəllif: Subhan Mahmudov

Qurtulmuş: AKP və YAP əlaqələri daim inkişaf edir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, deputat Numan Qurtulmuş qardaş ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndə heyətini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Numan Qurtulmuş Ədalət və İnkişaf Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin gündən-günə inkişaf etdiyini, qarşılıqlı səfərlərin partiyalar arasında çoxşaxəli münasibətlərin inkişafına mühüm töhfə olduğunu söyləyib. Hər iki partiyanın gəncləri arasında əlaqələrin dinamik xarakter daşıdığını diqqətə çatdıran Numan Qurtulmuş əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov səfərin hər iki ölkənin hakim partiyalarının gəncləri arasında uğurlu əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026