• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ulyanovskda hərbi təyyarə PARTLADI: Ölən var

DÜNYA

02 Mart 2023 | 16:28 | Müəllif: Qalib İbrahimoğlu

Ulyanovskda hərbi təyyarə PARTLADI: Ölən var

Rusiyanın Ulyanovsk şəhərində hərbi nəqliyyat təyyarəsi yerüstü sınaqlar zamanı partlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Birləşmiş Təyyarə Korporasiyasının mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

"Aviastar zavodunda istehsalda olan təyyarənin gövdə bölməsinin sınaqdan keçirilməsi zamanı faciəvi hadisə baş verib. Müəssisənin bir neçə əməkdaşı xəsarət alıb, bir nəfər ölüb", - deyə məlumatda deyilir.

Baza Telegram kanalının məlumatına görə, İl-76 MD təyyarəsinin gövdəsi təzyiqli havadan istifadə edilməklə anqarda sınaqdan keçirilib. Bu zaman depressurizasiya baş verib və təyyarənin gövdəsi çöküb.

İnsident nəticəsində zavodun 6 əməkdaşı xəsarət alıb, biri isə ölüb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026