Meksikada kiçik təyyarə yaşayış məntəqəsinə çırpılarkən pilot və tələbəsi xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, Meksikanın Yukatan əyalətinin Merida şəhərində baş verən hadisədə xüsusi aviasiya təhsili şirkətinə məxsus kiçik təyyarə yaşayış massivindəki boş sahəyə çırpılıb. Qəza nəticəsində təlimatçı pilot və tələbə təyyarə parçalanarkən xəsarət alıblar. Qəzadan sonra ətrafdakı vətəndaşlar təyyarədəkilərin köməyinə qaçıb, bölgəyə gələn Qızıl Xaç qrupları yaralıları ilkin tibbi yardımdan sonra müalicə üçün xəstəxanaya çatdırıblar.
Təhlükəsizlik qüvvələri qəzaya uğrayan təyyarədə yanacaq sızması səbəbindən ərazini mühasirəyə alarkən, yanğınsöndürənlər ola biləcək partlayışın qarşısını almaq üçün müdaxilə edib.
Təyyarə qəzasının görüntülərini Yukatan Dövlət Vətəndaş Təhlükəsizliyi Nazirliyi paylaşıb. Kadrlarda təyyarənin qəzaya uğramazdan əvvəl elektrik xəttinin kabellərinə ilişdiyi görülüb.
Yukatan Əyalət Baş Prokurorluğu hadisə ilə bağlı araşdırma başlandığını açıqlasa da, qəzanın təyyarənin mexaniki nasazlığı nəticəsində baş verdiyi düşünülür.
Ay Tac


















