• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Ruslar bu istiqamətdə uğur qazandı - Malyar

DÜNYA

01 May 2023 | 00:31 | Müəllif: Subhan Mahmudov

Ruslar bu istiqamətdə uğur qazandı - Malyar

Həftə ərzində cəbhənin müəyyən sektorlarında ruslar müəyyən uğur qazandılar, lakin Müdafiə Qüvvələri itirilmiş mövqelərini bərpa etdilər.

Bakıvaxtı.az bildirir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Teleqramda yazıb.

"Həftə ərzində düşmənin hücumu üç istiqamətdə - Baxmut, Avdeyev və Marinskidə davam etdi. Liman istiqamətində düşmən qoşunlarımızın fəal müdafiəsi nəticəsində uğursuzluğa düçar olduğu üçün aktivliyini azaldıb. Həftə ərzində düşmən müəyyən ərazilərdə cüzi uğur qazandı, lakin müdafiəçilərimiz itirilmiş mövqeləri geri qaytardılar", - o bildirib.

Malyar qeyd edib ki, düşmən Baxmut istiqamətində hücumunu davam etdirir və orada şiddətli döyüşlər davam edir:

"Düşmən bütün imkanlarını döyüşə yönəltməsinə və bəzən uğur qazanmasına baxmayaraq, şəhərə nəzarəti ələ keçirə bilmir. Döyüşçülərimiz müəyyən ərazilərdə çoxsaylı hücumları dəf edir, əks-hücuma keçirlər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR