• Bakı 19° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Daha bir xəstəliyə qarşı peyvənd hazırlandı

DÜNYA

01 May 2023 | 09:09

Daha bir xəstəliyə qarşı peyvənd hazırlandı

Britaniyalı alim Conatan Kvok hesab edir ki, xərçəngin müalicəsi 2030-cu ilə qədər tapılacaq.

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatçının sözlərinə görə, hazırda dünyada 10-a yaxın komanda bu təhlükəli xəstəliyə qarşı peyvənd üzərində çalışır və bu tədqiqat qruplarının problemin həllinə öz xüsusi, prinsipial olaraq fərqli yanaşmaları var.

Britaniyalı alimin fikrincə, yeni preparatın təsir mexanizmi elə olmalıdır ki, dərman metastazların əmələ gəlməsini dayandırmalı, xəstənin öz immun sisteminin yaxşılaşdırılmasını stimullaşdırmalıdır.

Kvok bildirib ki, hazırda bütün tədqiqatçılar işin təxminən ortasındadırlar, lakin onlar 2030-cu ilə qədər prosesi müsbət nəticə ilə başa vuracaqlar.

Qeyd edək ki, yeni peyvəndin sınaqları artıq siçanlar üzərində sınaqdan keçirilir və bu il ərzində insanların yeni anti-xərçəng vasitəsinin effektivliyinin yoxlanılmasında iştiraka cəlb edilməsi planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR