• Bakı 14° C

    2.18 m/s

Donald Tramp həbs oluna bilər

DÜNYA

01 Aprel 2023 | 11:41

Donald Tramp həbs oluna bilər

“ABŞ-ın keçmiş prezidenti Donald Tramp həbs olunacaqmı?” sualı həm ABŞ-ın, həm də dünyanın gündəmindədir. Məhkəmənin vaxtı təyin olunanda Tramp münsiflər heyətinin dünənki ittiham qərarını "siyasi" adlandırıb və bunun "seçkilərə müdaxilə" olduğunu iddia edib. 

Bakıvaxtı.az xəbər verir ki, Trampın çərşənbə axşamı yerli vaxtla saat 14:15-də Manhetten cinayət məhkəməsinə çıxacağı gözlənilir.

Trampdan bu gün məhkəməyə gəlməsi istənilib, lakin vəkilləri bildiriblər ki, keçmiş prezidentin təhlükəsizliyinə cavabdeh olan Məxfi Xidmətə təhlükəsizliyə hazırlaşmaq üçün əlavə vaxt lazımdır.

Nuranə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026