• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Akar: "Türkiyə olmadan Qafqazda hansısa proses baş verə bilməz"

DÜNYA

01 May 2023 | 11:27

Akar: "Türkiyə olmadan Qafqazda hansısa proses baş verə bilməz"

“Balkanlarda, Qafqazda, Orta Şərqdə və Qaradənizdə Türkiyə olmadan hansısa proses baş verə bilməz”.

Bakıvaxtı.az “Star” a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə şagirdlərlə görüşündə deyib.

O bildirib ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi altında beynəlxalq münasibətlər sistemində konkret mövqe ortaya qoyur: “Müdafiə, təhlükəsizlik, diplomatiya, iqtisadiyyat və sosial sahədəki uğurlarımız buna imkan verir. Daha da irəli getməyimiz üçün fəaliyyətimizi davam etdirəcəyik”.

Nazir son dövrdə görülən işlərdən də danışıb: “Bəziləri “TCG Anadolu” desant gəmisini, “Togg” milli avtomobilimizi tənqid edir. Bu, səhv yanaşmadır. Əlbəttə, işlərimiz davam edəcək. “ATAK-1” helikopterini istehsal etmişdik. İndi “ATAK-3” ə keçmişik. Hər versiya əvvəlkindən daha təkmildir. Biz öz istehsalımız olan silahlara, texnologiyaya sahib çıxmalıyıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026