• Bakı 17° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Pakistanda məsciddə güclü partlayış - 100 ölü, 200 yaralı - YENİLƏNİB

DÜNYA

31 Yanvar 2023 | 20:20

Pakistanda məsciddə güclü partlayış - 100 ölü, 200 yaralı - YENİLƏNİB

Pakistanın Pişəvər şəhərində məsciddə partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, terror aktı qurbanlarının əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları olub.

Yaralıların sayı 200 nəfəri ötüb.

Yerli Xilasetmə Xidmətinin məlumatına görə, məscidin dağıntıları altından insanların xilas edilməsi əməliyyatı başa çatıb.

***09:02

Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, yaralanan 150 nəfərin müalicəsi isə davam edir.

***

23:55

Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TV5 kanalı xəbər verib.

Televiziya 150 nəfərin yaralandığını bildirir. Hazırda xəstəxanalarda 60 nəfər müalicə alır.

***

22:17

Peşəvər şəhərində ( Pakistan ) məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 59-a çatıb, daha 157 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın ingilisdilli Dawn qəzeti LRH xəstəxanasının sözçüsü Məhəmməd Asimin bəyanatına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisədən sonra əyalətdə qırmızı həyəcan səviyyəsi elan edilib. Qəzet əlavə edib ki, polis əməkdaşları ətraf ərazilərdə patrul və yoxlamaları gücləndirib.

Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, kamikadze partlayışı məscidin ön cərgəsində olarkən həyata keçirib.

Daha əvvəl hücumda 44 nəfərin öldüyü, 157-yə yaxın yaralının olduğu bildirilirdi . Yerli xəstəxanalara yerləşdirilənlərdən bəzilərinin vəziyyəti ağırdır. Xəstəxana yerli sakinlərdən qurbanlar üçün qan vermələrini xahiş edir.

***

19:28

Pakistanın Peşəvər şəhərində (Əfqanıstanla sərhədin yaxınlığında, Hayber Paxtunxva əyalətinin şimal-qərbində) məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bazar ertəsi " Dawn " qəzeti xəstəxananın nümayəndəsinə istinadən məlumat yayıb.

Daha 157 nəfərin yaralandığı qeyd edilir. Qəzet yazır ki, dağıntılar altında insanlar ola bilər deyə, terror partlayışı baş verən yerdə xilasetmə əməliyyatı aparılır.

Milli təhlükəsizlik rəsmilərinin məlumatına görə, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər. Qeyd olunur ki, partlayış zamanı məsciddə 500-ə qədər adam ola bilərdi.

Geo TV -nin məlumatına görə , “Tehreek-e-Taliban Pakistan”  hücuma görə məsuliyyəti öz üzərinə götürüb .

Pişəvər hakimiyyəti şəhərin bütün xəstəxanalarında tibbi xidmət sahəsində fövqəladə vəziyyət elan edib, həmçinin xilasetmə təşkilatlarına fövqəladə tədbirləri gücləndirməyi tapşırıb.

***

15:10

Pakistanın Xayber-Paxtunxva əyalətində məsciddə günorta namazı zamanı canlı bomba özünü partladıb. 

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, terror aktı nəticəsində polis əməkdaşları da daxil olmaqla 28 nəfər ölüb, 150-dən çox insan yaralanıb.

Rəsmilər yaralılardan 10-nun vəziyyətinin ağır olduğunu bildirib. Səlahiyyətlilər ölənlərin sayının artmasını istisna etməyib. 

Partlayış nəticəsində ətrafdakı tikililərə və maşınlara, eləcə də məscidə ciddi ziyan dəyib.

Hələlik hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. 

***

14:40

Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 25-ə çatıb.

Bakıvaxtı.az xəbər verir  ki, yaralı sayının isə 120-yə çatdığı qeyd olunub.

***

13:59

Xəbər verdiyimiz kimi, Pakistanın Pişəvər şəhərində məsciddə partlayış baş verib.

Bakıvaxtı.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 17 nəfər həlak olub, daha 90 nəfər isə yaralanıb.

Yaralılardan bir neçəsinin vəziyyəti ağır olaraq qiymətləndirilir. 

***

13:20

Pakistanda məsciddə partlayış baş verib. 

Bakıvaxtı.az xəbər verir ki,  Pişəvər şəhərində qeydə alınan hadisə nəticəsində ən azı 70 nəfər yaralanıb. Onların əksəriyyətinin vəziyyəti ağırdır.

Partlayışın səbəbi hələlik açıqlanmayıb. 

Nəticədə binanın bir hissəsi uçub, bir neçə nəfər köməksiz vəziyyətdə dağıntılar altında qalıb. 


SON XƏBƏRLƏR