• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Podqoritsada 270 ildən sonra ilk dəfə məscid inşa olunur

DÜNYA

31 Yanvar 2023 | 21:32 | Müəllif: Subhan Mahmudov

Podqoritsada 270 ildən sonra ilk dəfə məscid inşa olunur

Monteneqronun paytaxtı Podqoritsada 270 ildən sonra ilk dəfə məscid tikilir.

Bakıvaxtı.az xəbər verir ki, sonuncu məscidin XVIII əsrdə tikildiyi şəhərdə Osmanlı dövrü abidələrindən biri olan Bəylər məscidi Monteneqro İslam Birliyi tərəfindən əvvəlki yerində yenidən inşa edilir. Sonradan “Hadroviç məscidi” kimi tanınan bu tarixi bina XX əsrin ortalarında sökülmüşdü.

Podqoritsanın Draç rayonunda tikintisinə başlanılan məscid 270 ildən sonra Monteneqro paytaxtında inşa edilən ilk islami tikili olacaq. Məscidin inşası üçün 130 min avro ianə toplanıb, layihənin dəyəri təxminən 620 min avro qiymətləndirilir. Tikinti işlərinin gələn ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026