• Bakı 12° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Yeni ölümcül virus yayılır

DÜNYA

02 Yanvar 2023 | 10:05

Yeni ölümcül virus yayılır

Koronavirusla bağlı pis xəbər ABŞ-dan gəldi. “XBB.1.5” adlanan yeni Omicron variantının ABŞ-da 41 faizə çatması səlahiyyətliləri təşvişə salıb.

Bakıvaxtı.az xəbər verir ki, dünyada pandemiyanın sona yaxınlaşdığına dair ümidlərin artdığı bir məqamda ABŞ-da ortaya çıxan yeni bir variant Kovid-19-u yenidən gündəmə gətirib. “New York Post” qəzetinin məlumatına görə, ABŞ-da XBB.1.5 adlı variantla bağlı həyəcan təbili çalıb.

ABŞ-dakı Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına görə, sözügedən yeni Omicron variantı ölkə üzrə yoluxmaların 41 faizini təşkil edir.

Həmçinin vurğulanıb ki, ABŞ-ın şimal-şərqində daha çox yayılan XBB.1.5 variantı Nyu-Yorkdan Maine qədər regionda yoluxmaların 70 faizindən çoxunu təşkil edir. Johns Hopkins Universitetinin virusoloqu Endryu Pekosz bildirib ki, yeni variant immunitetdən böyük dərəcədə yayınmağa qadirdir, çünki onun hüceyrələrə daha güclü bağlanmasına imkan verən əlavə mutasiya var.

Digər tərəfdən, sürətlə yayılmasına baxmayaraq, XBB.1.5-in əvvəlki variantlarla müqayisədə ağır xəstəlik törətmədiyi bildirilir. Yenə də ekspertlər ABŞ-da xəstəxanaya yerləşdirmələrin dekabr ayında 3,6 faiz artdığını vurğuladılar.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026