Rusiya-Ukrayna müharibəsi davam edir.
Bakıvaxtı.az xəbər verir ki, müharibənin ilk günlərindən Kiyevi hədəfə alan, lakin həftələrlə davam edən mühasirəyə baxmayaraq şəhəri ala bilməyən Rusiya hədəfini şərqə çevirib.
Bir müddət müdafiə mövqeyində olan rusların Xersondan çəkilməsi ilə müharibə yeni mərhələyə qədəm qoyarkən, Ukrayna rusların hücumları altında yeni ilə qədəm qoyub.
Ötən gecə Ukraynanı raket və pilotsuz təyyarələrlə hədəfə alan Rusiya bir çox nöqtəni vurub. Ukraynanın ürəyi olan Kiyevdən gələn görüntü qısa zamanda dünyanın gündəminə düşüb.
Kiyev polisinin rəisi Andriy Nebytov Telegram hesabından gecə saatlarında şəhərə düşən raketlərdən birinin görüntüsünü paylaşıb. Raketin üzərində 'doğum günün mübarək' yazısı olub. Sözügedən ərazi qısa zamanda sosial mediada viral oldu və bir çox istifadəçi Rusiyaya reaksiya verdi.
Zelenski verdiyi açıqmamada “Ukrayna bağışlamayacaq” deyib.
Rusiya prezidenti Vladimir Putin Yeni il çıxışında Qərbə sərt mesajlar verib.
“Onlar hücuma hazırlaşırdılar... indi isə Rusiyanı zəiflətmək və parçalamaq üçün Ukrayna xalqından həyasızcasına istifadə edirlər”, - deyə Putin Qərbin sülh haqqında yalan danışdığını iddia edib.
Həm Ukrayna, həm də Qərb ölkələri Rusiyanın iddialarını rədd edir.
Aytac Aslan


















