• Bakı 25° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Mahsun Kırmızıgülün oğlu GÜLLƏLƏNDİ

DÜNYA

02 Yanvar 2023 | 00:09 | Müəllif: Subhan Mahmudov

Mahsun Kırmızıgülün oğlu GÜLLƏLƏNDİ

Türkiyənin məşhur müğənnisi, rejissor və ssenarist Mahsun Kırmızıgülün oğlu Mahmut Kırmızıgül güllə yarası alıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən əyləncə məkanında iki qrup arasında dava düşüb.

Nəticədə əyləncə məkanının mühafizəçiləri iki qrupu ayıraraq çölə çıxarıblar. Gənclər çölə çıxdıqdan sonra silah səsləri eşidilib. Hadisə yerində onlarla boş giliz tapılıb.

Qeyd olunub ki, atılan güllələrdən ikisi Mahsun Kırmızıgülün oğlu Mahmut Kırmızıgülün çiyninə dəyib.

Hadisə baş verən ərazidə aktyorlar Burak Çelik, Umut Evirgen, Yağmur Tanrıseven, Şeyma Baday, rejissor Ali Bilgin və bir çox məşhur olub. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026