• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Putin nüvə silahından istifadə edəcək? - Ərdoğana məlumat verdi

DÜNYA

03 Noyabr 2022 | 17:39

Putin nüvə silahından istifadə edəcək? - Ərdoğana məlumat verdi

“Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Rusiya tərəfinin Ukraynada nüvə silahından istifadə etmək planının olmadığı barədə Türkiyəni məlumatlandırıb”.

Bakıvaxtı.az “TRT” telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi isə, öz növbəsində “çirkli bomba”dan istifadə etməyə hazırlaşdığına dair iddiaları təkzib edib.

Kalın, həmçinin qeyd edib ki, Türkiyə tərəflərə münaqişənin dinc yolla həlli üzrə danışıqlara geri dönməyi təklif etmək niyyətindədir.

Xatırladaq ki, noyabrın 1-i Ərdoğanla Putin arasında telefon danışığı baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026