• Bakı 8° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ukraynanın NATO-ya üzvlüyü bu tarixdə müzakirə olunacaq

DÜNYA

04 Oktyabr 2022 | 15:44

Ukraynanın NATO-ya üzvlüyü bu tarixdə müzakirə olunacaq

Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr oktyabrın ortalarında başlayacaq.

Bakıvaxtı.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Alyansdakı səfiri Nataliya Qalibarenko brifinqdə danışıb.

O bildirib ki, Ukraynanın İsveç və Finlandiya kimi hazırlıq mərhələsini ötürərək üzvlük üçün dərhal müraciət etməsi gözlənilən ssenari idi:

“Ukraynanın üzvlük ərizəsi dinamik dəyişikliklərə və hadisələrə reaksiyadır. Tərəfdaş ölkələr bundan xəbərdardır”, - o bildirib.

N.Qalibarenkonun sözlərinə görə, ilk addımlardan biri səfirlər səviyyəsində müzakirə olacaq.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 30-da NATO-ya üzvlüyün sürətləndirilməsi ilə bağlı ərizə imzalamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR