• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Koreyalardan qarşılıqlı raketlər

DÜNYA

03 Noyabr 2022 | 10:01 | Müəllif: Qalib İbrahimoğlu

Koreyalardan qarşılıqlı raketlər

1945-ci ildə Koreya yarımadasının parçalanmasından sonra ilk dəfə olaraq Şimal və Cənub bir-birinin sahillərinə ballistik raketlər atıb.

Bakıvaxtı.az xəbər verir ki, Şimali Koreyanın cənuba 23 raket atmasından sonra Seul da ölkəni “hava hücumu xəbərdarlığı” vəziyyətinə salıb. Cənubi Koreya raketlərdən birinin sahillərindən 60 kilometr uzaqlığa enməsini “sərhəd pozuntusu” kimi qiymətləndirib və bir neçə saat ərzində başqa raketlə cavab verib.

“Yonhap” agentliyinin xəbərinə görə, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın “təxribatlarına” F-15K və KF-16 döyüş təyyarələrindən atılan raketlərlə cavab verib.

Bildirilib ki, iki ölkə arasında faktiki dəniz sərhədi olan Şimal Sərhəd Xəttinin şimalında yerləşən Şərq dənizinə hava-yer qısa mənzilli ballistik raketlər atılıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026