Ruslar Donetskin Uqledar şəhəri ətrafında Ukrayna əsgərlərini mühasirəyə almağa çalışır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin “Şərq” Qoşunlar Qrupunun spikeri Sergey Çerevatıy söyləyib.
“Onlar Ukrayna əsgərlərini mühasirəyə salamaq istəyirlər. Ruslar Pavlovka kəndinə hücum etmək istəyirlər və orada amansız döyüşlər gedir. Düşmən bu istiqamətdə böyük itkilər verir. Avdeyevka, Uqledar, Marinka istiqamətində gündə orta hesabla düşmənin 100-ə yaxın canlı qüvvə itkisi olur”, - Çerevatıy bildirib.
Səbuhi Elnur
















