• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

"İlham Əliyev iki ədəd "TOGG" istədi" - Ərdoğan

DÜNYA

03 Noyabr 2022 | 10:03

"İlham Əliyev iki ədəd "TOGG" istədi" - Ərdoğan

Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığımız baş tutdu. Prezident İlham Əliyev iki ədəd "TOGG" istədi.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "A Haber"ə müsahibəsində bildirib.

Türkiyə liderinin sözlərinə görə, Prezident İlham Əliyev avtomobillərdən birini xidməti maşın kimi istifadə edəcəyini bildirib və hələlik rəng seçimi etməyib.

Qeyd edək ki, ötən gün Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığı olub. Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Prezidenti bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026