• Bakı 26° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Koçaryanın məqsədi Paşinyanı devirməkdir" - Ter-Petrosyan

DÜNYA

04 Oktyabr 2022 | 18:13 | Müəllif: Subhan Mahmudov

"Koçaryanın məqsədi Paşinyanı devirməkdir" - Ter-Petrosyan

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Baş nazir Nikol Paşinyanı devirməyə cəhd edir, ikinci isə öz hakimiyyətini qorumağa çalışır və bunun da nəticəsində siyasi dialoq alınmır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan deyib.Onun fikirlərini mətbuat katibi Arman Musinyan sosial şəbəkələrdə yayıb.

“Hakimiyyətlə müxalifət arasında dialoqun pozulmasının günahkarları Köçəryan və Paşinyandır”, – o əlavə edib.

Musinyanın sözlərinə görə, Ter-Petrosyanın dünən bildirdiyi fikirlərdən sonra bir çoxları elə düşünüb ki, tərəflər arasında dialoqa Ter-Petrosyan mane olub. O isə belə hesab edir ki, əslində dialoqun pozulmasına səbəb Robert Koçaryanın 3 saatlıq mətbuat konfransı və Nikol Paşinyanın 2 saatlıq müsahibəsi olub.

Ter-Petrosyan belə bir qənaətə gəlib ki, Koçaryan hansı yolla olursa olsun, Paşinyanı devirməyə, Paşinyan isə istənilən vasitələrlə hakimiyyətini qoruyub saxlamağa çalışır və bunun nəticəsində dialoq üçün bütün körpülər dağıdılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026