• Bakı 18° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İsrail Suriyaya zərbələr endirir: ölənlər var

DÜNYA

15 Avqust 2022 | 00:12 | Müəllif: Subhan Mahmudov

İsrail Suriyaya zərbələr endirir: ölənlər var

İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqin ətrafı və Tartus əyalətinə hücumu zamanı üç suriyalı hərbçi həlak olub, bir neçəsi isə yaralanıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri iki istiqamətdən hücuma keçib. Dəməşqin ətrafı Beyrut tərəfdən, Tartus əyaləti isə Aralıq dənizi tərəfdən hücuma məruz qalıb. Ölkənin hava hücumundan müdafiə sistemləri İsrailin hücumunu dəf edərək, raketlərin bir hissəsini məhv edib. Lakin hücum üç hərbçinin ölümü, daha üç hərbçinin yaralanması ilə nəticələnib. Bundan əlavə, maddi ziyan da dəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR