• Bakı 21° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

KTMT-nin sərhəddəki vəziyyətə dair sammiti BAŞA ÇATDI

DÜNYA

13 Sentyabr 2022 | 22:51 | Müəllif: Subhan Mahmudov

KTMT-nin sərhəddəki vəziyyətə dair sammiti BAŞA ÇATDI

KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasını başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistanın baş naziri Koxir Rəsulzoda, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç və KTMT baş katibinin müavini Valeri Semerikov iştirak ediblər. Görüş videokonfrans vasitəsilə keçirilib.

Görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və KTMT-nin gələcək fəaliyyəti müzakirə olunub. Qurumun katibliyi qəbul edilmiş qərarlar barədə əlavə məlumat verəcək.

***

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) onlayn sammitində iştirak edir.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun TASS-a verdiyi məlumata görə, “tədbir başlayıb”.

Kollektiv Təhlükəsizlik Şurasının bu iclası müntəzəm deyil, bu ölkənin Azərbaycanla sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Ermənistanın xahişi ilə  çağırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR