• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Protokol qaydalarını pozan Kral tənqid edildi

DÜNYA

13 Oktyabr 2022 | 21:46 | Müəllif: Subhan Mahmudov

Protokol qaydalarını pozan Kral tənqid edildi

Böyük Britaniya kralı III Çarlz Baş nazir Liz Trass ilə Bukinqem sarayında ilk həftəlik auditoriya iclasını keçirib.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, kralın Baş nazir ilə dialoqu ictimaiyyət tərəfindən yaxşı qarşılanmayıb.

Belə ki, Trass monarxı "Əlahəzrət, sizi yenidən görməkdən çox şadam" deyə salamlayıb. "Yenə burada? Aman Allahım, Allahım" deyə III Çarlz cavab verib.

Dialoq tviterdə də diqqət çəkib.

"Kral Çarlzın ilk Baş nazirini kamera qarşısında ələ salması pis səhv idi. II Elizabet 70 ildir ki, bu şəkildə protokolu pozmayıb", - siyasi şərhçi Patrik O Flinn sosial şəbəkədə yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026