• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Havaya qalxan təyyarənin təkəri qopdu - VİDEO

DÜNYA

13 Oktyabr 2022 | 19:27 | Müəllif: Subhan Mahmudov

Havaya qalxan təyyarənin təkəri qopdu - VİDEO

İtaliyada "Boeing Dreamlifter" təyyarəsi uçuş zamanı təkərini itirib - havada düşən hissə sonradan hava limanı yaxınlığındakı üzüm bağında tapılıb.

Bakıvaxtı.az bildirir ki, hadisə videoya çəkilib, video "Aeroin" aviasiya xəbər portalının Twitter hesabında yayımlanıb.

İtaliyanın Taranto hava limanında Çarlstona (ABŞ) gedən Boeing 747-400 Dreamlifter təyyarəsi havaya qalxdıqdan bir neçə saniyə sonra şassənin təkərlərindən biri açılıb. Kadrlarda tüstüləyən hissənin yerə düşərək uçuş-enmə zolağına düşməsi və hərəkət etməsi görünüb. Çarx daha sonra hava limanının yanındakı üzüm bağında tapılıb.(milli.az)

Qeyd olunub ki, nasazlıq olsa da, təyyarə təhlükəsiz şəkildə ABŞ-da eniş edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR