• Bakı 19° C

    2.6 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

İsrailin keçmiş müdafiə naziri: "Netanyahu istefa verməlidir"

SİYASƏT

09 May 2024 | 15:58

İsrailin keçmiş müdafiə naziri: Netanyahu istefa verməlidir

"Netanyahunu öz siyasi maraqlarından başqa heç nə maraqlandırmır".

Bakıvaxtı.az "Maariv" qəzetinə istinadən bildirir ki, bu sözləri İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman deyib.

 ABŞ-İsrail münasibətlərini dəyərləndirən Liberman Netanyahunun siyasi ambisiyası nəticəsində ölkəsinin ABŞ ilə münasibətlərinin korlandığını bildirib:

"Biz ABŞ-ın səxavəti sayəsində yaşayırıq. Əgər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ABŞ veto hüququndan istifadə etməsəydi, dünya ölkələri ilə əlaqəmiz çoxdan kəsilmişdi".

Liberman onu da vurğulayıb ki, İsrailin beynəlxalq aləmdə təklənməməsi üçün Netanyahu istefa verməli və növbədənkənar seçkilər keçirilməlidir.

Gülşən Şərif


SON XƏBƏRLƏR